Azərbaycan hərbçiləri Alabino poliqonunda - FOTOLAR

Azərbaycan hərbçiləri Alabino poliqonunda -    FOTOLAR
  18 Avqust 2020    Oxunub:2505
Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 23-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.









Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti