Ermənistan telekanalı Kərkinin Azərbaycan kəndi olduğunu etiraf etdi - VİDEO
Sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olan reportaj yerli mediada tənqidlərə tuş gəlib. Ermənistan KİV-ləri Nikol Paşinyanın komandasına yaxınlığı ilə seçilən "H1" telekanalını Azərbaycana dəstək verməkdə ittiham edib.
"Qarşı tərəfin təbliğat alətinə çevrilən "H1"də maraqlı sujet yayımlanıb. Jurnalist Norayr Şoqikyan Tiqranaşeni (Kərki -red.) Azərbaycan kəndi kimi təqdim edir. O, kəndin əvvəllər Kərki adlandığını söyləyir. Beləliklə, Ermənistan hakimiyyəti və onların koordinasiya etdiyi "H1" cəmiyyəti ərazilərimizin bölünməsi və daha bir biabırçı sənədin imzalanması üçün zəmin hazırlayır", - deyə erməni mediasında bu kimi xəbərlər yer alıb.
Xatırladaq ki, Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxildir. Kənd 1990-cı ildə işğal edilib. Kərki Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir.
Tural Tağıyev
Azvision.az
Həmçinin baxın:
Kəlbəcərdə Ermənistana məxsus PUA ələ keçirildi - FOTO