İnqilabdan öncəki İran qadınları - FOTOLAR

  İnqilabdan öncəki İran qadınları -    FOTOLAR
  11 Noyabr 2022    Oxunub:2679
1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə islam respublikası yaradıldı və şiəlik dövlət səviyyəsinə qaldırıldı. Ayətullah Xomeyninin başçılıq etdiyi bu inqilabla xüsusilə qadınlar üçün böyük dəyişikliklər və qadağalar tətbiq olundu.
Bu qadağalar xanımların geyimlərinə birbaşa təsir etdi. Belə ki, inqilaba qədər qadınlar daha çox cins şalvar, mini ətək və köynək kimi müasir geyimlərə üstünlük verirdilər. Xüsusilə hündürdaban ayaqqabılara üstünlük verirdilər və gündəlik stressdən uzaqlaşmaq üçün tez-tez alış-verişə gedirdilər. Ailə və dostlar cümə günü pikniklərə toplaşırdılar və bu, hətta ənənə halını almışdı.


Lakin Şah Rza Pəhləvinin avtokratik hakimiyyətini gücləndirməsi, müxalifətə təzyiq göstərməsi və neft gəlirlərinin cəmiyyətdə qeyri-bərabər bölüşdürülməsi şaha qarşı hərəkatların güclənməsinə səbəb oldu.



Bu prosesdə Ayətullah Xomeyni hökumət əleyhinə olan dini lider kimi meydana çıxdı. O, əvvəldən şahın planlarını pisləyərək, ölkəyə mənəvi pozğunluğun gəldiyini və hökumətin İsrailə tabe olduğunu iddia edirdi. Buna görə də o 1964-cü ildə həbs olundu və İraqa 15 illik sürgün edildi.

Rza Pəhləvinin islahatları Ayətullah Xomeyninin daha çox tənqidinə səbəb oldu və onun ABŞ hərbçilərinə verdiyi toxunulmazlıq bardağın son damlası oldu. Əslində bu vəziyyət Ayətullah Xomeyni tərəfdarlarının sayını xeyli artırdı. 1968-ci ildə şaha qarşı nümayişlər və hücumlar artdı.

Bütün bu hücumların artması ilə Xomeyni istədiyi dəstəyi alaraq 1979-cu ilin fevral ayında ölkəyə qayıdıb İslam İnqilabını həyata keçirdi.



Bu inqilab qızların nikah yaşını 9-a endirdi və ərlərə məhkəmə icazəsi olmadan arvadlarını boşamağa icazə verdi. Qadınları məhkəmə sistemindən, dünyəvi müəllimləri isə təhsil sistemindən uzaqlaşdırdı. Beləliklə, addım-addım qərbləşməkdə ittiham olunan İran indiki formasını aldı.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti