Stoltenberq Moskva ilə dialoqun tərəfdarıdır, amma...

   Stoltenberq Moskva ilə dialoqun tərəfdarıdır,    amma...
  14 Sentyabr 2024    Oxunub:370
NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin hələ 2022-ci ilə qədər Ukraynaya kifayət qədər hərbi yardım göndərmədiklərinə görə kefinin pozulduğunu deyib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, NATO-nun baş katibi bundan çox təəssüfləndiyini vurğulayıb.

“Təəssüf edirəm ki, NATO üzrə müttəfiqlər və NATO-nun özü Ukraynanı daha da gücləndirilməsi üçün əvvəllər daha çox iş görməyiblər. Ukrayna Silahlı Qüvvələrinin hərbi təchizatının həcmi və hərbi personalının təlimi məhduddur. Amma o zaman Kiyevin NATO-ya qəbulu ideyası nəzərdən keçirilmirdi”, - blokun rəhbəri deyib.

Maraqlıdır ki, ifrat anti-Rusiya mövqeyi ilə seçilən Yens Stoltenberq, bununla belə, təhlükəsizlik məsələləri barədə Moskva ilə dialoqa çağırıb. O, eyni zamanda, bu dialoqun Ukraynanın gücünə söykənməli olduğunu iddia edib.

- Mən hələ də Rusiya ilə müdafiə və çəkindirmə ilə bağlı dialoqa inanıram. Mənalı dialoq üçün güclü olmalıyıq. İndi bunun üçün çox az imkan var, 2014-cü illə müqayisədə, demək olar ki, yoxdur. Bir şey aydındır: bu müharibəni bitirmək üçün nə vaxtsa Rusiya ilə yenidən dialoqa başlamaq lazımdır. Amma bu, Ukraynanın gücünə əsaslanmalıdır”, - deyən Stoltenberq əslinə danışıqların başlanmasının qaçılmaz olduğunu etiraf edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   NATO   Rusiya  





Xəbər lenti