Ermənistanda Qərbi Nil qızdırmasından 4 nəfər ölüb

Ermənistanda Qərbi Nil qızdırmasından 4 nəfər ölüb
  14 Sentyabr 2024    Oxunub:304
Daha 128 nəfərin qızdırmaya yoluxduğunun laboratoriyada təsdiqləndiyi bildirilir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin xəstəliklərə nəzarət və profilaktika milli mərkəzi məlumat yayıb.

Xatırladaq ki, Qərbi Nil virusu insanlara ağcaqanad dişləməsi ilə keçir. O, insandan-insana keçmir, lakin qanköçürmə, orqan transplantasiyası zamanı keçə bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti