432 yeni binaya qaz verilib

432 yeni binaya qaz verilib
  05 Dekabr 2015    Oxunub:1421
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, birlik bu ilin yanvar-noyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 432 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 8 092 ailə yaşayır.

Ümumiyyətlə, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.


Teqlər:





Xəbər lenti