Kimlər güzəştli ipoteka ala bilər? - Yeni qaydalar

Kimlər güzəştli ipoteka ala bilər? - Yeni qaydalar
  23 İyun 2016    Oxunub:3965
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanına əsasən Azərbaycanda ipoteka kreditlərişməsinin qaydaları dəyişir.


Sənədlə Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına kreditlərin verilməsi qaydaları da təsdiqlənib.

Qaydalara əsasən, Gənc ailənin üzvü olan aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2. Milli Qəhrəman və ailəsinin üzvü (özü, əri/arvadı, övladları);

3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4. Ən azı 3 il dövlət qulluğunda işləyən, həmçinin dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5. Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Bundan əlavə, güzəştli ipotekadan gənc ailənin üzvü olmayan aşağıdakı şəxslər də istifadə edə biləcəklər.

1. Elmlər doktoru, elmi dərəcəsi olan şəxs;

2. Ən azı 15 il dövlət qulluğunda işləyən şəxs;

3. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin Azərbaycan Respublikasının ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

4. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

AzVision.az


Teqlər:





Xəbər lenti