Cəmil Hacıyev Sülh Platformasına qoşulub

Cəmil Hacıyev Sülh Platformasına qoşulub
  31 May 2017    Oxunub:1670
“Şəffaf idarəçilik” İctimayi Birliyinin sədri Cəmil Hacıyev, “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulması barədə bəyanat verib.
Platformanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bəyanatda deyilir:

“Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edərək, Ermənistan və Azərbaycan ziyalılarını insan itkilərinin dayandırılmasına və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım olmalarına çağırıram.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini vurğulamaq istəyirəm. ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram.

İki xalqın, əsrlərlə formalaşan sülh içində birgə yaşayışla əlaqədar ümumi ənənələri olub. Münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edirəm. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm.

Buna görə, sədri olduğum təşkilatın adından, bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”

AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   Sülh-Platforması  





Xəbər lenti