Güclü dolu Tovuza ziyan vurub

Güclü dolu Tovuza ziyan vurub
  10 İyun 2017    Oxunub:2002
İyunun 10-da təxminən saat 16 radələrində yağmağa başlayan və 20 dəqiqə davam edən güclü dolu Tovuzun kəndlərində bir sıra fəsadlar törədib.
Güclü dolu bəzi evlərin dam örtüyünü sıradan çıxarıb, meyvə ağaclarına və əkin sahələrinə ciddi ziyan vurub. Dolu əsasən Qaraxanlı, Xatınlı, Qədirli, Əlimərdanlı, Mülkülü və digər kəndlərdə fəsadlar törədib. Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, hazırda dolunun vurduğu ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

AzVision.az


Teqlər: Tovuz  





Xəbər lenti