Kürdə suyun səviyyəsi azalıb

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 42 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 146 kubmetr olmaqla ongünlük normanın 153 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 64 kubmetr təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.
Oktyabrın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 18, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 40 santimetr artım, Bankədə isə 2 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 436 (2016-cı il oktyabrın 6-da 433 sm), Şirvanda 313, Salyanda 264 (2016-cı il oktyabrın 6-da 321 sm), Bankədə 213 (2016-cı il oktyabrın 6-da 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 santimetr (2016-cı il oktyabrın 6-da 160 sm) təşkil edir.
AzVision.az