İrandan gətirilən 47 ton kartof yararsız çıxıb

   İrandan gətirilən 47 ton kartof yararsız çıxıb
  11 Fevral 2025    Oxunub:472
İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.
Bu barədə AzVision.az -a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, agentliyin müfəttişlərinin götürdüyü nümunələrin müayinəsi nəticəsində məhsulda karantin tətbiq edilən kartof gövdə nematodu müəyyən olunub. Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti