Prezidentin köməkçisindən manat açıqlaması

Prezidentin köməkçisindən manat açıqlaması
  21 İyun 2016    Oxunub:2514
Aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental qiymətini almaqdadır.
AzVision.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

"Neftin qiymətinin kəskin ucuzlaşması, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdi.

Lakin aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental qiymətini almaqdadır", - deyə N.Əmirov qeyd edib.

Kənan Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti