Vergilərlə bağlı nə dəyişsin? - Fikrinizi bildirin
İslahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün ilk sorğuda Sizdən aşağıdakı suala dair təkliflərinizi 10 gün müddətində bildirmək xahiş olunur:
Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?
Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxsləri, fərdi sahibkarları və vətəndaşları sorğuda fəal iştirak etməyə dəvət edirik. Təkliflərinizi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında bu link vasitəsilə çatdıra bilərsiniz: https://azvision.az/redirect.php?url=http://iqtisadiislahat.org/online-application
Teqlər: