Ağstafada ər 35 yaşlı arvadını qətlə yetirdi

Ağstafada ər 35 yaşlı arvadını qətlə yetirdi
  28 İyul 2017    Oxunub:2237
Ağstafada ərlə arvadın mübahisəsi qanla bitib.
Ağstafa rayonunun Qırlı kəndində qətl hadisəsi baş verib. Kənd sakini, 39 yaşlı Arzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 35 yaşlı Xəyalə Şahbazovanı bıçaqlayaraq öldürüb. Rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qətli törədən Arzu Namazov isti izlərlə saxlanılıb.

İlkin məlumata görə ailənin iki övladı var. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanılıb. Qətlin təfərrüatları araşdırılır.(ARBTV)

AzVision.az


Teqlər: Ağstafa   qətl  





Xəbər lenti