Dünyanın diqqəti Davosda: İlham Əliyev çıxış edəcək

Bu gün isə forumla bağlı mətbuat konfransı, rəsmi qonaqların qarşılanma mərasimi keçiriləcək. Forum yerli vaxtla 23 yanvar, 06:30-da (Bakı vaxtilə 09:30-da) start götürəcək.
Dünyanın gündəmində olan iqtisadi forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Azərbaycan lideri “Strateji proqnoz: Avrasiya” sessiyasında çıxış edəcək. Sessiya yanvarın 23-də yerli vaxtla saat 17:00-da (Bakı vaxti ilə 20:00) başlayacaq.
Prezident İlham Əliyevlə yanaşı sessiyada Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstan baş nazirinin müavini Erbolat Dosaev, Beynəlxalq Ticarət Mərkəzinin direktoru Aranca Qonsales Laya, “The Foreign Policy Group”-un baş redaktoru Conatan Tepperman, “VEON” şirkətlər qrupunun icraçı direktoru Jan İv-Şarle çıxış edəcək.
ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makronun foruma qatılacağı gözlənilir.
Qeyd edək ki, hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir. Forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır.
Eldar Tanrıverdiyev
AzVision.az