Türkiyənin İsraildəki səfirliyi ilə bağlı gərginlik baş verir - YENİLƏNİB

   Türkiyənin İsraildəki səfirliyi ilə bağlı gərginlik baş verir -  YENİLƏNİB
  02 Avqust 2024    Oxunub:401
Türkiyənin Xarici İşlər Nazirliyi ölkənin Tel-Əvivdəki səfirliyində HƏMAS lideri üçün matəm əlaməti kimi bayrağın yarıya endirilməsi ilə bağlı İsrailin qəzəbli bəyanatlarına cavab verib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Öncü Keçəli "X" hesabında yazıb:

"Diplomatları hədələməklə sülhə çata bilməzsiniz".

* * *

14:18
Türkiyənin Tel-Əvivdəki səfirliyində HƏMAS lideri İsmayıl Haniyə üçün matəm əlaməti kimi bayrağın yarıya endirilməsi İsrailin hökumət nümayəndələri tərəfindən qəzəblə qarşılanıb.
AzVision.az xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Kats Türkiyə səfirinin müavinini hadisə ilə bağlı izahat və töhmət üçün nazirliyə çağırıb.

"İsmayıl Haniyə kimi bir qatilə matəm saxlanılması yolverilməzdir. Səfirlik nümayəndələri yas tutmaq istəyirlərsə, Türkiyəyə qayıtsınlar", - Katsın ofisi "X"də bildirib.

Ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hadisə barədə:

"Səfirlik işçiləri bayrağı tamamilə götürüb vətənlərinə qayıda bilərlər", - deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Türkiyə   səfirlik   gərginlik  





Xəbər lenti