Səudiyyənin müdafiə naziri İranda səfərdədir

   Səudiyyənin müdafiə naziri İranda səfərdədir
  17 Aprel 2025    Oxunub:922
Səudiyyə Ərəbistanın müdafiə naziri Xalid bin Salman İrana gedib.
Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi "SPA"nın yaydığı məlumata görə, o, bir sıra hökumət nümayəndəsi ilə görüşlər keçirəcək. Tərəflər həm qarşılıqlı mövzular haqqında, həm də İranla ABŞ arasında nüvə danışıqları ətrafında müzakirələr aparacaqlar.
ABŞ-İran atəşi nəyi necə yandıracaq?

Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar danışıqların ilk mərhələsi ötən həftə Omanda baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. Növbəti mərhələnin isə bu şənbə günü İtaliyanın paytaxtı Roma şəhərində baş tutacağı gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Səudiyyə   İran   Rusiya   nüvə-danışıqları  





Xəbər lenti