Tramp Xamenei ilə görüşmək istəyir

   Tramp Xamenei ilə görüşmək istəyir
  25 Aprel 2025    Oxunub:285
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonla Tehran arasında yenidən başlayan nüvə danışıqları fonunda İranın ali dini lideri Əli Xamenei və Prezident Məsud Pezeşkiyanla görüşməyə hazırdır.
O bu barədə "Time" jurnalına müsahibəsində danışıb. Jurnalistin mümkün görüşlə əlaqədar sualına müsbət cavab verən Tramp həmçinin vurğulayıb ki, İranla danışıqlar uğurla irəliləyir.

"Hərçənd Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün tezliklə razılığa gəlməsək, İrana qarşı hərbi əməliyyat variantını nəzərdən keçirəcəyik", - ABŞ lideri söyləyib.
ABŞ-İran atəşi nəyi necə yandıracaq?

Xatırladaq ki, İran özünün nüvə proqramı ilə əlaqədar ABŞ ilə də danışıqlara yenidən başlayıb. Bu danışıqların ilk iki mərhələsi Omanın paytaxtı Məsqət və İtaliyanın paytaxtı Roma şəhərlərində baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. Növbəti mərhələnin isə bu şənbə günü yenidən Omanda baş tutacağı gözlənilir.

Digər tərəfdən isə, Rusiya, Çin və İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndələri də BAEA-nın Baş direktoru Rafael Qrossi ilə görüşərək nüvə məsələsi ilə əlaqədar müzakirələr aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   nüvə-danışıqları  





Xəbər lenti