Neft kəskin ucuzlaşıb

   Neft kəskin ucuzlaşıb
  01 May 2025    Oxunub:567
Londonun ICE birjasında 2025-ci ilin iyul ayı üçün tədarükü planlaşdırılan "Brent" markalı neftin bir barelinin qiyməti aprelin 9-dan bəri ilk dəfə 60 dollardan aşağı düşüb.
Məlumata görə, neft üzrə birja əqdlərinin qiyməti Bakı vaxtı ilə saat 12:52-də 1,82% ucuzlaşmaqla 59,93 dollara enib. Saat 12:56-da isə bir barelin qiyməti 59,91 dollarda qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin iyun ayında tədarük üçün nəzərdə tutulan "WTI" markalı xam neftin birja əqdlərinin qiyməti 1,83% azalaraq bir barel üçün 56,99 dollara çatıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: neft   qiymət   ucuzlaşma  





Xəbər lenti