Trampdan Makrona kişi məsləhəti: “Qapının bağlı olduğundan əmin ol” - VİDEO

    Trampdan Makrona kişi məsləhəti:    “Qapının bağlı olduğundan əmin ol” -    VİDEO
  31 May 2025    Oxunub:816
“Yaxşı olar ki, qapının bağlı olduğundan əmin olsun”.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Vyetnama səfər zamanı təyyarədən enməzdən əvvəl həyat yoldaşı Bricit Makron tərəfindən şillə vurması ilə bağlı danışarkən deyib.

Oval ofisdə keçirdiyi mətbuat konfransında Tramp fransalı həmkarı və onun xanımına ictimai qarşıdurmalardan çəkinməyi tövsiyə edib: “Bu, yaxşı deyil. Mən onunla danışdım və onlar yaxşıdırlar. Bunun nə ilə bağlı olduğunu bilmirəm, amma mən onları yaxşı tanıyıram, yaxşıdırlar”.

Qeyd edək ki, Fransanın birinci xanımı Bricit Makron Vyetnama rəsmi səfər zamanı əri - Prezident Emmanuel Makrona gözlənilməz şəkildə şillə vurub. Hadisə dövlət başçısının təyyarəsində baş verib. Bricit Makron ərinə sillə vurduqdan sonra Makronun təklif etdiyi kömək əlini də nümayişkaranə şəkildə rədd edib.



M.Həsənli
AzVision.az



Teqlər:





Xəbər lenti