"Qarabağ" və "Qəbələ" finalda - Video (Yenilənib)

"Qarabağ" və "Qəbələ" finalda - Video (Yenilənib)
  06 Aprel 2017    Oxunub:3797
Aprelin 5-də Tofiq Bəhramov adına stadionda futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” klubu paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşıb.

Baş hakim Əliyar Ağayevin idarə etdiyi matç qarşılıqlı hücumlar şəraitində keçsədə görüşdə hesab açılmayıb. Qeyd edək ki, bu komandalar arasında ilk yarımfinal qarşılaşması “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İki oyunun nəticəsinə görə “Qarabağ” final mərhələsinə adlayan komanda olub.

Azərbaycan kubokunun final qarşılaşması mayın 5-də “Qəbələ” və “Qarabağ” klubları arasında oynanılacaq.

***
(20:37)

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Günün ilk qarşılaşmasında “Qəbələ” klubu doğma meydanda “İnter”i qəbul edib. İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn meydan sahibləri cavab qarşılaşmasında meydandan qalib ayrılıb. Oyun Roman Qriqorçukun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər yarımfinal matçında “Qarabağ” və “Neftçi” komandaları qarşılşacaq.



AzVision.az


Teqlər: Qəbələ   Final   Qarabağ  





Xəbər lenti