Zakir Həsənov Gürcüstanda səfərdədir

Zakir Həsənov Gürcüstanda səfərdədir
  21 May 2017    Oxunub:1553
Mayın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri cənab Levon İzorianın dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.
AzVision.az xəbər verir ki, səfər çərçivəsində Müdafiə nazirinin qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

AzVision.az


Teqlər: Zakir-Həsənov   Gürcüstan  





Xəbər lenti