“KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər” - Prezidentin köməkçisi

Prezidentin köməkçisi qeyd edib ki, burada təkcə KİV-in deyil, hər kəsin məsuliyyəti var: “Burada təkcə televiziyaları günahlandırmaq olmaz. Çünki televiziya aparıcısı o yerə gələnə qədər xeyli mərhələdən keçib. Yəni, ailə, təhsil burada mühüm rol oynayır. Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycan vətəndaşlarıdır. Biz çox istərdik ki, aparıcılar savadlı olsunlar. Bununla yanaşı aparıcların görünüşlü olması da yaxşı haldır”.
Ə.Həsənov bildirib ki, son 10 ildə Azərbaycanda süni reytrinq arxasınca qaçma da bu iş də rol oynayıb: Bu cür müzakirələrlə neqativ halların qarşısını almağa çalışırıq. Televiziya və KİV rəhbərləri məsuliyyətlərini dərk etməlidirlər. Çünki nümunələri onlar təqdim edirlər. Elə insanları nümunə göstərmək lazımdır ki, onlar Azərbaycan xalqını təmsil etmək iqtidarına malik olsun”.
PA rəsmisi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 2013-cü il də qəbul edildiyini xatırladıb: “Həmin müddətdən sonra xeyli yeniliklər olub. Biz də baxmalıyıq ki, hansı dilimizə uyğundur, hansı uyğun deyil. İTV-də, AzTV-də maarifləndirmə proqramları olmalıdır. Bir müddət öncə, televiziya rəhbərlərindən biri Nuşirəvan Məhərrəmliyə müraciət edərək bildirmişdi ki, milli mənəvi dəyər nə deməkdir? Yaxşı ki, həmin televiziya artıq yoxdur. Yəni, bir televiziya rəhbəri bunu necə bilməyə bilər? Kanallardan biri Milli Məclisin deputatı Arif Rəhimzadəni efirdə təhqir edirdi. Heydər Əliyevin silahdaşlarından biri olan şəxsi necə təhqir etmək olar. Onun təhqir olunmasına səbəb türk dilinin türk dili, Azərbaycan dilinin isə Azərbaycan dili olduğunu deməsi olub. Bunlar yol verilməzdir”.
Prezidentin köməkçisi KİV-də ixtisaslaşma məsələsinə də diqqət çəkib: “Bəzən olur ki, idmandan yazan jurnalisti tibb sahəsi ilə bağlı tədbirə göndərirlər. İdmandan yazan jurnalist həmin tədbirdən hansı materialı hazırlaya bilər ki?!”
Anar Kəlbiyev
AzVision.az
Teqlər: KİV