Eyni zamanda Pedro Aqramunt özünün “Twitter” səhifəsində də istefa verdiyini yazıb: “Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarı verdim”.
Qeyd edək ki, Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılması məsələsi AŞPA-nın birinci gün keçirilən iclasından müzakirə olunacaqdı.
Səbəb kimi P. Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib. AŞPA sədri yaz sessiyasında çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti ayağa qalxaraq onun istefasını tələb ediblər.

AzVision.az