
Görüş iştirakçıları 1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisələrdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək bu faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı veriblər. İclasda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Təsis Qurultayına həsr olunmuş videomaterialların izlənməsi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının qeydiyyatı, qəbul edilmiş ərizələrin müzakirəsi və yeni üzvlərin qəbul edilməsi məsələləri müzakirə edilib, eləcə də, bir sıra aktual məsələlər həll olunaraq gələcək işlərin perspektivlərində öz əksini tapıb.

Professor Kamil Səlimov Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının fəaliyyəti ilə bağlı konkret təkliflərlə çıxış edib. İdarə Heyəti bu təklifləri gələcək iş planına daxil etməyi qərara alıb. Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvlüyünə Aleksey Frantskeviçin ("Asociace Pro Modernizace". Çexiya) namizədliyinə baxılaraq təsdiq olunub.
AzVision.az