Çaylarda suyun səviyyəsi açıqlandı

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 69 kubmetr olmaqla ongünlük normanın 103 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 46 kubmetr təşkil edərək ongünlük normanın 69 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra, Şirvan, Salyan məntəqəsində 2 santimetr azalma, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 373 (2017-ci il yanvarın 22-də 438 sm), Şirvanda 247 (2017-ci il yanvarın 22-də 319 sm), Salyanda 201 (2017-ci il yanvarın 22-də 287 sm), Bankədə 197 (2017-ci il yanvarın 22-də 227 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 santimetr (2017-ci il yanvarın 22-də 158 sm) təşkil edir.
AzVision.az