Vəkil olmaq istəyənlərin nəzərinə!

Vəkilliyə qəbul imtahanın yazılı test mərhələsi yanvarın 28-də keçiriləcək. Namizədlər həmin gün səhər saat 9:00-dan gec olmayaraq, “Buraxılış vərəqəsi”ndə qeyd olunan imtahan keçiriləcək ünvanda olmalıdırlar. Onlar özləri ilə mütləq şəkildə qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və (və ya) HB sərtliyində sadə karandaş, qələmyonan, eləcə də şəxsiyyət vəsiqəsini, və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Hər bir namizədin imtahandan ən azı bir gün əvvəl Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı “Namizədin yaddaş kitabçası” ilə yaxından tanış olması https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/brxvdq/yaddas_kitab.pdf tövsiyə edilir.
AzVision.az
Teqlər: Vəkillər-Kollegiyası İmtahan DİM
Məzahir Abdullayev 17:41 25 Yanvar 2018
AZE - 07712435 OOLFCFZ22 "buraxılış vərəqəsi"