Davos İqtisadi Forumu işə başlayır

AzVision.az xəbər verir ki, sayca 48-ci olan forumun əsas mövzuları beynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyatdır. Ümumilikdə isə hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir.
Qeyd edək ki, iqtisadi forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Azərbaycan lideri “Strateji proqnoz: Avrasiya” sessiyasında çıxış edəcək. Sessiya yanvarın 23-də yerli vaxtla saat 17:00-da (Bakı vaxti ilə 20:00) başlayacaq.
Eldar Tanrıverdiyev
AzVision.az