Azərbaycanla Aİ arasında növbəti danışıqlar başladı

Azərbaycanla Aİ arasında növbəti danışıqlar başladı
  16 Mart 2018    Oxunub:1515
Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti mərhələsi bu gün keçirilir.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas bildirib. Onun sözlərinə görə, danışıqlar videokonfrans vasitəsilə sektorial sahəsi üzrə aparılır.

Səfir vurğulayıb ku, digər sahələr üzrə danışıqların vaxtı dəqiqləşdirilir: "Danışıqların növbəti raundu Bakıda keçiriləcək və Brüsseldən bura nümayəndə heyəti gələcək. Müzakirələrin ən yaxın vaxtda baş tutacağına ümid edirik".

K.Yankauskas vurğulayıb ki, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin bu yaxınlarda Brüsseldə söylədiyi kimi saziş üzrə danışıqlar bu il başa çata bilər: "Saziş üzrə danışıqları bu il yekunlaşdırmaq üçün biz intensiv işləməyə hazırıq. Mən bu il müzakirələrin bitəcəyinə ümid edirəm".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti