Məmmədyarov ABŞ səfiri ilə vidalaşdı

Məmmədyarov ABŞ səfiri ilə vidalaşdı
  28 Mart 2018    Oxunub:1291
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfir Robert Sekuta fəaliyyət müddəti ərzində Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini deyib.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Robert Sekutaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Sekuta  





Xəbər lenti