Doğum zamanı ana niyə ölür? - tanınmış həkim danışır

Doğum zamanı ana niyə ölür? - tanınmış həkim danışır
  04 Dekabr 2013    Oxunub:14310
Son günlər gündəmdən düşməyən mövzulardan biri də ana və uşaq ölümüdür. Analar niyə ölür? Həkimlər və analar nəyə diqqət etməlidir? Bu sualların cavabını doğum üzrə dünyaca tanınmış türk həkim- cərrah Aylin Seyrekbasan AzVision.az-a cavablandırır.

- Azərbaycanda son günlər ana uşaq ölümü ilə baglı xəbərləri tez tez eşidirik. Analar ölür, həkimlər işini bilməməkdə ititham olunur. Sizcə ana ölümündə günahkar kimdi?

- Konkret günahkar kimdi demək çətindi. Öncə ananın niyə öldüyünü bilməliyik. Hansı şəraitdə öldü, bir xəstəliyi varmıydı. Dogğumdan əvvəl hansı yoxlamalardan keçmişdi. Yoxlamaların göstəriciləri necə idi. Bunların hamısı çox vacib amillərdi. Amma təbii ki, ortada bir ölüm faktı varsa burda həkimin ittiham olunması normaldı. Ana 9 ay tamam olanda doğuma girirsə, demək həkim buna razılıq verib. Əgər həkim razılıq vermədən ana doğuma qərarlıdırsa, bunun yazılı sənədi olmalıdır.

- O zaman analar nəyə diqqət etməlidir?

- Əvvəlcə hamilə olduğu ilk gündən ana həkim nəzarətində olmalıdır. Ananın qan dəyərləri öyrənilməlidir. Aylıq müxtəlif testlər var. Onun dəmir əksikliyi, şəkər, qan xəstəliyi ilə bağlı testi öyrənilməldir. Bu dəyərlər yerindədirsə, ondan sonra ana nəzarətə götürülür. 7 ayına qədər hər ay, 7 aydan sonra hər həftə ana ciddi yoxlanılır. Bir məsələdə var ki, qadınla ilə bərabər bətndəki körpənində testləri aparılmalıdır. Öncə bətindəki körpənin sağlam olub-olmaması yoxlanılmaldır. Bunun üçün zəka testi var.

Artıq bu test çox dəqiqdir və bununla dünyaya gələn körpənin zəka sağlığı müəyyənləşir. Sonra ürəyinin sağlam olub-olmaması müəyyənləşməlidir. Artıq tibb inkişaf edib və bununla müəyyənləşmədən ana doğuma girə bilməz. Çünki istər normal, istərsə də qeyseriyyə əməliyatı ilə həyata keçirilən doğumlarda bətndəki körpənin sağlığı diqqətə alınmalıdır. Və nəhayət doğum günü ana mütləq bütün testlərdən yenidən keçərək doğuma alınmaldır. Həkimlər bir yerdə 9 ay boyunca olan testləri və doğum günü alınan təhlilləri qarşılaşdırmalıdır. Anada bir çox şeyə diqqət etməlidir. Xüsusi ilə yeyib içmələrinə. Bəzən hamilə qadınlar nə oldu yeyir. Deyirlər ki, yemək uşağa xeyirdi. Heç əlaqəsi yoxdu. Əsas sağlıqlı bəslənməkdi. Ana qara ət yeməlidir, çünki onun tərkibində dəmir var.

Amma bu da qədərində olmalıdır. Meyvə, meyvə şirələri çox içməlidir. Gündə 5 dəfə amma az- az yeməlidir. Ən azı hər gün 30 dəqiqə açıq havada gəzməlidir. Kilosuna xüsusi diqqət yetirməlidir. Kilo alan analarda istər normal, istər də əməliyyatlı doğum çətin olur və risq daşıyır.

- Ana nə zaman qeysəriyyə əməliyyatı edilə bilər?

- Qeysəriyyə əməliyatı hamiləlik irəlilədikcə verilən bir qərardı. Bir də müəyyən səbəblər var. Məsələn, ana beyin və ya ürək xəstəsidirsə, onun normal doğuma girməsi risklidir. Doğum kanalında hər hansısa bir şiş və ya kütlə varsa, əməliyyat qaçılmazdır. Bunlar hamiləlikdən də öncə bilinən səbəblərdir. Məsələn, bir ana uzun illər uşaq gözləyirdi və nəhayət bu arzusuna çatıb. Yaş da artıq 30-un üzərindədir. Bu anlarda da həkimlər əməliyyatı uyğun görür ki risklərin qarşısı alınısın. Anada pisxoloji problem varsa, ana bətnində körpə tərs durursa, körpə 4 kilodan ağırdısa, ana infeksiya daşıyırsa, şəkər xəstəsidirsə, yüksək təziq varsa, qeysəriyyə əməliyyatı ola bilər. Təbii ki, normal doğum sağlıklıdır və normal doğumda ölüm hallarının faizi də azdı. Amma yenə də qeyd edim ki, qeysəriyyə əməliyyatına girmədən əvvəl sadalanan bütün göstəricilər yerində olmalıdır.

- Əməliyyat nə qədər davam edir?

- 40-45 dəqiqə. Yəni 1 saatı keçməməlidir. Doğumdan sonra ana ayılır və dərhal otağına göndərilir. Iki gün içində müalicə alır. Təzyiqi, böyrəklərinin işləməsi nəzarət altına alınır. Əməliyyat yerinin iltihablanmaması üçün iynələr vurulur.

-Əgər əməliyyatdan sonra ana ölərsə ?

- Bütün əməliyyatlarda risk var. Amma ana sağlamdırsa və ölərsə yenə təkrar edirəm ki, bu ciddi yoxlanılacaq faktdır. Həkimlər bu ölümü ciddi əsaslandırmalıdır.

- Bəs uşaqlar? Onları necə qorumaldırlar? Dünyayla yeni tanış olan körpələr hansı qaydalardan keçməlidir.

- Körpə öncə bətində yoxlanır. Təbii ki, bəzi xəstəliklər aşkar edilməyə də bilər. Ona görə də uşaq dünyaya gələn kimi uşaq həkiminə təhvil verilir. Həkim onun ürək döyüntüsünü, ciyərlərini yoxlayır. Sonra körpədən ilk qan analizi götürülür. Qan dəyərləri yoxlanır. Doğumdan tez sonra Hepatit B peyvəndi vurulur. Ondan sonra körpə anasına təhvil verilir, dincəlir. Daha sonra isə eşitmə testi edilir. Körpənin sağ və sol qulağının duyub duymadığı dəqiqləşdirilir. Artıq daban taram testləri də edirik. Yeni doğulan körpənin dabanından qan alınmaqla onun bütün xəstəliklərini üzə çıxara bilirik. Bu hər hansı bir xəstəliyin qarşısını erkən almağa yardım edir. Amma bununla da bitmir. Bundan sonra həm ana, həm də körpə təxminən 1 il həkim nəzarətində olmalıdır. Ailə həkimləri mütləq buna diqqət etməlidir.

Məhsəti Şərif


Teqlər:  





Xəbər lenti