Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülüb - VİDEO

Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülüb -    VİDEO
  16 May 2024    Oxunub:614
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Göygöl və Gədəbəydə qanunsuz tikililəri söküb.
Bu barədə AzVision.az -a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Göygöl rayonunun Qızılqaya qəsəbəsi və Gədəbəy şəhəri ərazisində vətəndaşlar tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.



FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq olaraq Göygöl və Gədəbəy Rayon İcra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti