Britaniya və Türkiyədə ölkəmizi layiqincə təmsil edən heyət təltifləndirilib

Britaniya və Türkiyədə ölkəmizi layiqincə təmsil edən heyət təltifləndirilib
  31 May 2025    Oxunub:720
Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda və Türkiyədə keçirilən VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizi layiqincə təmsil edən heyətin təltifləndirilməsi münasibətilə təntənəli tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə son illərdə atçılıq sahəsində əldə olunan uğurlardan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin bu sahəyə yüksək diqqətindən geniş danışılmış, ölkəmizin ilk dəfə 130 nəfərlik geniş heyətlə təmsil olunduğu mötəbər tədbirlərdə nümayəndə heyətimizin sərgilədiyi performansların möhtəşəmliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.



Çıxışlarda “Vindzor Kral Atçılıq Şousu” və VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalında mədəniyyətimizin tanıdılması, milli sərvətimiz olan Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblının xüsusi çıxışı, zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimizin yüksək səviyyədə təqdim edilməsi böyük qürur hissi ilə qeyd olunub.



Daha sonra Azərbaycan Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev tamaşaçıların heyranlıqla izlədiyi “Azerbaijan – Land of Fire” və “Zəfər” şou-kompozisiyaları ilə çıxış edən nümayəndə heyətini təbrik edərək onları təltifləndirilib.



Konsert proqramı ilə başa çatan tədbirin sonunda təltifləndirilən heyətlə xatirə fotoşəkilləri çəkilib.















AzVision.az


Teqlər:





Xəbər lenti