Türkiyə Yunanıstanda hərbi təlimlərdə iştirak edəcək

Türkiyə Yunanıstanda hərbi təlimlərdə iştirak edəcək
  02 Sentyabr 2024    Oxunub:408
Türkiyə Yunanıstanda keçirilən DYNAMIC GUARD-II/2024 Elektron Hərəkat Təliminə qatılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə təlimlərdə NATO Daimi Dəniz Xidməti Qrupu-2-də xidmət edən "TCG Yıldırım" gəmisi ilə iştirak edəcək.

Qeyd edək ki, təlimlər bu gün başlayıb və sentyabrın 6-dək davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti