Soyqırımın 100 illiyi ilə əlaqədar orduda silsilə tədbirlər keçirilir
Hərbi hissələrdə soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilir, kitab, foto və rəsm sərgiləri təşkil olunur, sənədli və bədii filmlər nümayiş etdirilir.
Bundan əlavə, şəxsi heyət Quba Soyqırımı Memorial Kompleksini, eləcə də Bakıda və respublikanın digər şəhər və rayonlarında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edirlər.
AzVision.az