Azərbaycanda yeni səfirlik açıldı
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirliyin Dövlət Protokol İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib.
P.Mirzəzadə Venesuelanın Azərbaycanda səfirliyinin açılması barədə qərarın alqışlandığını qeyd edərək bunun ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə Qoşulmama Hərəkatının aprelin 3-6-da Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Venesuela XİN Səfirlik