"Microsoft"un işində nasazlıq: Aviareyslər ləğv edilir

   "Microsoft"un işində nasazlıq:  Aviareyslər ləğv edilir
  19 İyul 2024    Oxunub:327
Dünyanın bir sıra aviaşirkətləri Microsoft Azure platformasındakı nasazlığa görə uçuşları ləğv edəcək.
CNN-in məlumatına görə, ABŞ Mülki Aviasiya Administrasiyası rabitə problemləri səbəbindən 130 reysinin ləğv edilib 200-dən çox gecikməsinə qeydə alınıb.

American Airlines, United Airlines və Delta Airlines şirkətləri uçuşları dayandırıb. İspaniyanın hava limanlarında da gecikmələr olur.

Berlin-Brandenburq Beynəlxalq Hava Limanı da fəaliyyətini dayandırıb. Təyyarələr nə qalxa, nə də enə bilir. Avstraliyada qlobal texniki nasazlıq baş verib, bunun nəticəsində telekommunikasiya operatorları, banklar və aviaşirkətlər böyük ziyan dəyib.

Hindustan Times bildirir ki, bütün dünyada Windows 10 istifadəçiləri yeni Crowdstrike yeniləməsi səbəbindən böyük fasilələrlə üzləşirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti