Qlobal problem Bakı hava limanına təsir göstərməyib

Qlobal problem Bakı hava limanına təsir göstərməyib
  19 İyul 2024    Oxunub:327
Bakı hava limanından verilən məlumata görə, aeroportun əməliyyatları Amadeus sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir.
AzVision.az xəbər verir ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem “Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub.

Bundan əlavə, nasazlıq “Wizz Air Abu Dhabi”, “Kuwait Airways” və “Turkish Airlines” kimi aviaşirkətlərin fəaliyyətinə təsir etsə də, bu gün üçün planlaşdırılmış bütün uçuşları həyata keçirilir.



Teqlər:





Xəbər lenti