Füzulidə yanğın: İki helikopter cəlb olunub - VİDEO

      Füzulidə yanğın:    İki helikopter cəlb olunub -    VİDEO
  19 İyul 2024    Oxunub:278
FHN-in “112” qaynar telefon xəttinə Füzuli rayonunun Seyidəhmədli, Aşağı və Yuxarı Əbdürəhmanlı, Kürdlər və Qorqan kəndləri istiqamətində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.



AzVision.az


Teqlər:





Xəbər lenti