25 siyasi partiya MSK-ya müraciət etdi

25 siyasi partiya MSK-ya müraciət etdi
  19 İyul 2024    Oxunub:477
Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 25 siyasi partiya müraciət edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu açıqlamanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında verib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti