"Suverenliyimiz təhlükədədir, böyük plan qurulub" - Ermənistan parlamentinin spikeri

   "Suverenliyimiz təhlükədədir, böyük plan qurulub" -   Ermənistan parlamentinin spikeri
  29 Fevral 2024    Oxunub:773
Ermənistanı Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmağa məcbur edirlər.
AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan belə bir iddia ilə çıxış edib.

“Bizi narahat edən zərbənin haradan gələcəyidir. Güman ki, Azərbaycanın əli ilə endiriləcək. Bütün təzyiqlər suverenliyimizə qarşı yönəlib... Ermənistanı İttifaq dövlətinə daxil etmək üçün böyük plan var”, - deyə Simonyan qorxularını dilə gətirib.

Hərçənd, erməni rəsmisi "İttifaq dövlətinə daxil olmaq istiqamətində Ermənistana konkret təkliflər verilibmi?" sualına cavab verməkdən boyun qaçırıb.

“Bu barədə danışmaq istəmirəm, çünki nə desəm, təkzib edəcəklər. Amma hər şey ortadadır”, - deyə o əlavə edib.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, ölkəsi İttifaq dövlətinə qoşulmaq təklifi almayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Ermənistana “təzyiq” barədə deyilənlər həqiqətə uyğun deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti