“Toyota” və “Mazda”da yoxlama: Maşınların satışı dayandırıldı

      “Toyota” və “Mazda”da yoxlama:    Maşınların satışı dayandırıldı
  03 İyun 2024    Oxunub:791
Yaponiyanın iri avtomobil istehsalçılarının baş ofislərində istehsalatda baş verə biləcək pozuntularla bağlı axtarışlara başlanılıb.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Yoxlamalar ən azı beş Yaponiya avtomobil istehsalçısı, o cümlədən “Toyota” və “Mazda” da aparılır.

Ölkənin Nəqliyyat Nazirliyi bu iki şirkətə satış üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin daşınmasını dayandırmağı əmr edib. Artıq “Toyota” hadisə ilə bağlı gün ərzində təcili mətbuat konfransı keçirəcəyini açıqlayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti