Zelenski: "Liderliyinizi göstərib Ukraynaya dəstək verin" - FOTOLAR

      Zelenski:    "Liderliyinizi göstərib Ukraynaya dəstək verin" -    FOTOLAR
  19 İyul 2024    Oxunub:417
"Qərb silahlarına qoyulan məhdudiyyət aradan qaldırılarsa, Kiyev öz müdafiəsini daha da gücləndirə bilər".
AzVision.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Nazirlər Kabinetinə müraciətində söyləyib.
Zelenski Starmerlə görüşüb - FOTOLAR

"Rusiya ərazisinə zərbə endirmək üçün Qərb silahlarından istifadə imkanı Ukraynanın özünümüdafiə səyləri üçün əhəmiyyətlidir. Cənab Baş nazir, sizdən bu mövzuda öz liderliyinizi göstərməyinizi xahiş edirəm", - o vurğulayıb.

Starmer, öz növbəsində, Ukrayna liderinə bildirib ki, "Britaniya Kiyevə dəstəyini ikiqat artıracaq".

O həmçinin yaxın gələcəkdə Ukraynaya səfərə yollanacağını da dilə gətirib.


Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   Ukrayna   görüş   müdafiə  





Xəbər lenti