Parisdə jurnalistləri daşıyan avtobus qəzaya düşüb

   Parisdə jurnalistləri daşıyan avtobus qəzaya düşüb
  27 İyul 2024    Oxunub:406
Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistlərlə dolu avtobus qəzaya düşüb.
Bu barədə TASS-a hadisə zamanı xəsarət alan Yaponiyanın “Yomiuri Shimbun” nəşrinin jurnalisti Vakako Yuki məlumat verib. Belə ki, Parisdə oyunların açılış mərasimi başa çatdıqdan sonra bir neçə yüz jurnalist onlar üçün ayrılan avtobuslarda mətbuat mərkəzinə qayıdıb.

Onun sözlərinə görə, avtobus metal dirəyə çırpılıb: “Avtobus manevr edərkən iri qara metal dirəyə çırpıldı. Avtobus dolu idi, hətta boş oturacaq da yox idi. Sürücü şokda olduğu üçün heç bir söz belə demədi və biz ona qışqırmalı olduq ki, qapıları açsın. Bayıra çıxdıq yağışa baxmayaraq növbəti avtobusu gözləmək əvəzinə ən yaxın metro stansiyasına getməyə qərar verdik”.


AzVision.az


Teqlər:





Xəbər lenti