Kiyevə qoşun göndərilməsi “fantom müzakirə"lərdir - "The Guardian"

    Kiyevə qoşun göndərilməsi “fantom müzakirə"lərdir -    "The Guardian"
  28 Fevral 2024    Oxunub:680
Almaniya Sosial Demokrat Partiyasından olan Bundestaqın xarici siyasət komitəsinin rəhbəri Mixael Rot diqqət çəkən fikirlər səsləndirib.
The Guardian-nın yaydığı məlumata görə, o, Ukraynaya dəstək məsələsində Berlin və Paris arasında parçalanmanın genişlənməsinin əlamətlərindən danışıb. Siyasətçi bu əlamətlərdən narahat olduğunu deyib.

Avropa Parlamentinin deputatı NATO-nu terror təşkilatı adlandırdı
Rot Qərbin quru qoşunlarını Ukraynaya yerləşdirməklə bağlı planlarını Kiyevdəki digər aktual problemlər fonunda “fantom müzakirələr” adlandırıb.

“Mən elə bir adam tanımıram ki, bunun rellaşmasını ciddi şəkildə istəsin. Hətta Ukraynada da belə bir tədbiri arzulamırlar... Ukraynalılara ilk növbədə sursat, hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr, uzaq mənzilli silahlar lazımdır”, - Rot qeyd edib.

Qeyd edək ki, iki gün öncə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) ölkələrinin ordu birləşmələrini Ukraynaya göndərməsinin mümkünlüyünü etiraf edib. O, Parisdə Kiyevlə bağlı keçirilən konfransdan sonra deyib ki, toplantıda hətta Aİ ölkələrinin quru qoşunlarının Ukraynada yerləşdirilməsinə dair imkanlar da müzakirə olunub. Bundan başqa, Fransa lideri Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını bəyan edib.

Paris konfransında qoşunların Ukraynaya göndərilməsi müzakirə olunsa da, avropalı liderlər bu mövzuda konsensus əldə etməyiblər.

Toplantı iştirakçıları arasında Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Hollandiyanın baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin rəhbərləri olub.

Rusiya rəsmiləri Paris konfransı, Makronun bəyanatları ilə bağlı sərt mesajlar səsləndiriblər. Senator Sergey Çekov Fransa prezidentinin Ukrayna ilə bağlı çağırışlarını tənqid edərkən deyib ki, Makronun Kiyevi uzaqmənzilli silahlarla təmin etmək, Aİ koalisiyası fikri təhlükəli gedişdir. Fransa rəhbəri bu çağırışı ilə dünya müharibəsinin başlaması istiqamətində ciddi addım atıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Almaniya   Rusiya   Ukrayna   Qərb  





Xəbər lenti