Ermənipərəst senator Bob Menendez istefa verdi - YENİLƏNİB

 Ermənipərəst senator Bob Menendez istefa verdi -  YENİLƏNİB
  24 İyul 2024    Oxunub:400
Amerikalı ermənipərəst senator Bob Menendez istefa verib.
Bu barədə Menendez Nyu-Cersi qubernatoru Fil Merfiyə göndərdiyi rəsmi məktubda bəyan edib.“Sizə bildirmək istəyirəm ki, 20 avqust 2024-cü il tarixindən etibarən Nyu Cersidən ABŞ senatoru vəzifəsindən istefa verirəm”, - deyə məktubda qeyd olunur.

İstefadan sonra Nyu-Cersi qubernatoru Menendezin yerinə geridə qalan müddətdə əvəzləyici təyin etməlidir. Onun vəzifə müddəti isə yanvarın 3-ü bitir.

İlkin Nəcəfzadə
AzVision.az
***

Amerikada ermənipərəst senator Bob Menendezin avqustun 20-si istefa ərizəsi yazacağı gözlənilir.

Bu barədə “Associated Press” məlumat yayıb. İstefadan sonra Nyu-Cerci qubernatoru Menendezin yerinə əvəzləyici təyin etməlidir. Onun vəzifə müddəti isə yanvarın 3-ü bitir. Qeyd edək ki, ABŞ Senatının İntizam Komitəsi də Menendezin Senatdan uzaqlaşdırılması ilə bağlı proses başladıb.

Artıq Nyu-York məhkəməsi amerikalı senatoru rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib.

2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur. Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət işidir. Əvvəlki məhkəmə istintaqı hakim heyətinin hökm çıxara bilməməsi səbəbindən yalnız araşdırma ilə nəticələnib.

AzVision.az


Teqlər: ABŞ   Senator  





Xəbər lenti