AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın prezidenti Gianni Infantino ilə görüşüb

AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın prezidenti Gianni Infantino ilə görüşüb
  29 İyul 2024    Oxunub:357
Parisdə baş tutan görüşdə FIFA-nın baş katibi Mattias Grafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.
AzVision.az xəbər verir ki, söhbət zamanı ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub, uşaq və qadın futbolunun təkmilləşdirilməsi, kütləviliyin və futbola marağın artırılması məsələləri nəzərdən keçirilib.

Görüşdə Gianni İnfantino Azərbaycanın ilk dəfə təşkil olunan “FIFA Series” turnirinə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.

Elnur Məmmədov

AzVision.az



Teqlər:





Xəbər lenti