Avropa Qızlar İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər

   Avropa Qızlar İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər
  29 İyul 2024    Oxunub:451
Niderlandın Veldhoven şəhərində IV Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2024) təşkil edilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, 56 ölkədən 194 nəfər məktəbli qız şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.

Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin IX sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin XI sinif şagirdi Nigar Hacıyeva bürünc medala, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafata layiq görülüb.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal əldə ediblər.



AzVision.az



Teqlər:





Xəbər lenti