Taxta bazarındakı yanğın söndürülüb - FOTO/VİDEO - YENİLƏNİB

 Taxta bazarındakı yanğın söndürülüb -  FOTO/VİDEO - YENİLƏNİB
  20 Aprel 2024    Oxunub:1547
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
AzVision.az xəbər verir ki, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000 kv. metr sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb.

Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.

* * *

18:52
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Taleh Babayev jurnalistlərə açıqlamasında bildirib ki, "Hadisənin səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək. İlkin məlumatlara görə, 800-1000 kv. metr ərazi yanıb".

* * *

18:39
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
AzVision.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

* * *

18:22
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
AzVision.az xəbər verir ki, yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal və materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.

Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

* * *

17:29
Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, təhlükəsizlik tədbirləri görülür.

* * *

17:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az

Qalereya




Teqlər: hadisə   yanğın   FHN  





Xəbər lenti