Livanda "İslam Camaatı"nın komandiri öldürülüb - VİDEO - YENİLƏNİB

   Livanda "İslam Camaatı"nın komandiri öldürülüb -  VİDEO - YENİLƏNİB
  18 İyul 2024    Oxunub:547
"İslam Camaatı" təşkilatı komandir Məhəmməd Hamid Cəbarənin İsrailin PUA zərbəsi nəticəsində ölməsi faktını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.

Bildirilir ki, hücumla bağlı İsraili günahlandıran terror təşkilatı "Livanın cənubundakı torpaqları və əhalini qorumaqdan, habelə Fələstinə dəstək verməkdən əl çəkməyəcək".

Digər tərəfdən, HƏMAS nümayəndələri isə bildiriblər ki, öldürülən komandir məhz onların rəhbərlərindən biridir. HƏMAS indiyədək "İslam Camaatı"nın bir neçə üzvünü də öz üzvü kimi tanıdıb.

* * *

10:24
İsrail Hərbi Hava Qüvvələrinin Livanın Biqa əyalətindəki Qəzzə kəndinə PUA zərbəsi nəticəsində "İslam Camaatı" terror təşkilatının yüksəkrütbəli komandiri Məhəmməd Hamid Cəbarə öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə "Al Jazeera" agentliyi məlumat yayıb.

Bildirilir ki, terrorçu maşının partlaması nəticəsində həyatını itirib.
Nəsrullah: "Hücuma məruz qalmayan yerləri də hədəfə alacağıq" - VİDEO

Livanda fəaliyyət göstərən "İslam Camaatı" təşkilatı üzvünün İsrail-"Hizbullah" toqquşmaları çərçivəsində öldürülməsi diqqətçəkən məqamdır. Bu, münaqişəyə digər radikal qrupların da qoşula biləcəyini göstərir.

Dünən "Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullah da ölkənin "Al-Manar" telekanalında müraciəti zamanı "İsrailə qarşı əməliyyatların artırılacağını" vurğulamışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   terrorçu   zərbə  





Xəbər lenti